SON XƏBƏR

Rusiyanın Britaniyadakı aktivləri Kiyevə kredit şəklində verilə bilər - Kemerondan təklif

Mart 07
11:37 2024
Böyük Britaniya müharibə başa çatdıqdan sonra Rusiyanın təzminat ödəməli olacağını nəzərə alaraq, Rusiya Mərkəzi Bankının dondurulmuş bütün aktivlərini kredit şəklində Kiyevə verməyə hazırdır.

"AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeron çıxış edib.

Bu plana əsasən, təzminatlar ödənildikdən sonra kredit qaytarılacaq və Rusiya bundan sonra öz aktivlərinə çıxış əldə edəcək.

Bu təklif Avropa Birliyində (AB) əvvəllər müzakirə ediləndən daha radikaldır. AB Mərkəzi Bankın dondurulmuş aktivlərindən yalnız əldə olunan mənfəəti Kiyevə köçürməyi təklif edir. Bu aktivlərdən illik mənfəət 4 milyard dollar həcmində qiymətləndirilir.

Qərb mediası yazır ki, Kemeron ilk dəfədir, bu təklif haqqında belə ətraflı danışır. Jurnalistlərin fikrincə, bu, AB-nin deyil, ABŞ-ın dəstəyini göstərir.

G7 ölkələri bir ildən çoxdur ki, beynəlxalq maliyyə sisteminə etimadı sarsıtmadan Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini müsadirə etməyin mümkün olub-olmadığını müzakirə edir.

"The Guardian” yazır ki, Böyük Britaniyada Rusiya Mərkəzi Bankının təxminən 25 milyard funt sterlinq (32 milyard dollar) dəyərində aktivləri dondurulub, lakin bu barədə rəsmi məlumat verilməyib.

Qərb ölkələrində Rusiya Mərkəzi Bankının ümumilikdə təxminən 300 milyard dollar valyuta ehtiyatı dondurulub. 2023-cü ildə beynəlxalq depozitari "Euroclear” Avropa İttifaqının qərarı ilə dondurulmuş Rusiya aktivlərinə investisiya qoymaqla 4,4 milyard avro qazanıb. Moskva nə aktivlərdən, nə də qazanılan faizlərdən istifadə edə bilmir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook