Rusiyanın daha iki telekanalı Azərbaycan peyki ilə yayımlanacaq
Yanvar 30
13:38
2020
"Azərkosmos” ASC Rusiyanın "VES-Media” şirkətinin "Yuveliroçka” kanalı və Tatarıstanın "Novıy Vek” teleradio şirkətinin "TNV Planet” kanalları arasında əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən "APA-Economics”ə verilən məlumata görə müqaviləyə əsasən, fevral ayından etibarən "Yuveliroçka” və "TNV Planet” kanalları "Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda "Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla "Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.
Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir:
"TNV Planet” kanalının tezliyi: 11015/H/13000.