SON XƏBƏR

Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib

Aprel 25
10:39 2023
"Rusiyanın əsas diqqəti Ukraynanın əks-hücum əməliyyatlarına hazırlığa yönəlib".

"Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın qış fəslində həyata keçirdiyi hücum cəhdləri uğurlu olmayıb: "Rusiyanın gündəlik itkiləri azalıb. Ukrayna Baş Qərargahının açıqladığı rəqəmlərə görə, mart ayında gündəlik itki orta hesabla 776 nəfər idi. Apreldə isə bu göstərici 568 nəfərə düşüb. Ukraynanın dəqiq metodologiyasını yoxlaya bilmirik, lakin ümumi tendensiya çox güman ki, dəqiqdir”.

Qeyd edək ki, Prezident Volodimir Zelenski və digər rəsmi şəxslər Ukraynanın yaxın vaxtlarda əks-hücum əməliyyatlarına başlayacağını bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook