“Rusiyanın kifayət qədər gücü yoxdur” – NATO Komandanı
May 17
11:10
2024
"Xarkov vilayətində hücumlarını gücləndirən Rusiyanın Ukraynada böyük irəliləyişlər əldə etmək üçün kifayət qədər gücü yoxdur”.
"AzPolitika” xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq
Qüvvələrinin Ali Baş Komandanı general Xristofer Kavoli mətbuata açıqlamasında bildirib.
Rusiyanın son günlər Xarkov bölgəsinə etdiyi intensiv hücumlara toxunan Kavoli ukraynalı həmkarları ilə sıx əlaqədə olduğunu deyib.
"Rusların strateji bir irəliləyiş etmək üçün lazımi sayda qüvvəsi, eləcə də bacarığı və qabiliyyəti yoxdur”,-deyə general bildirib.