SON XƏBƏR

Rusiyanın patriarxı: “Koronavirusa inanmamaq Allaha inanmamaqdır”

Yanvar 06
19:15 2021
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill koronavirus pandemiyasına inanmamağın Allaha inanmamaq qədər təhlükəli olduğunu söyləyib. 

Qaynarinfo xəbər verir ki, o, heç bir şeyə - nə təhlükəyə, nə pandemiyaya, nə də infeksiyanın özünə inanmayan insanların olduğunu qeyd edib.

"Ancaq biz inanclılar bilirik ki, dünyada təkcə bu insanlar axmaq deyil - onları axmaq adlandıra bilərsiniz – axı Tanrıya inanmayan da bir çox insan var", - patriarx deyib. O, insanların Allaha inanmadığı zaman ölümcül təhlükəli olduğunu qeyd edib. Eləcə də koronavirusa inanmayan, özlərini qorumayıb yoluxan insanlar da eləcə təhlükəlidir.

Pandemiya zamanı diqqətsizlik epidemiyaya səbəb ola bilər. Kirill rusları müasir rus təbabətinin verdiyi tövsiyə və məsləhətlərə əməl etməyə çağırıb. Bundan əlavə, möminlər məbədləri ziyarət edərkən tədbirli olmalı və ailələri ilə daha çox vaxt keçirməlidirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook