Rusiyanın SWIFT pulköçürmə sistemindən çıxarılması təklif olundu
Dekabr 12
11:15
2018
Litva hökuməti Moskva Kerç boğazı və Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarəti BMT-yə verməyəcəyi təqdirdə, Rusiyanı SWIFT banklararası pulköçürmə sistemindən çıxartmağı təklif edib.
"Sputnik" xəbər verir ki, bundan əlavə Litva daha effektli variant kimi Rusiya iqtisadiyyatının maliyyə və neft-qaz sektoruna təzyiqi gücləndirmək fikrini irəli sürüb.
Dekabrın 7-də Litva hökuməti Kerç boğazında baş vermiş insidentlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.