SON XƏBƏR

Rusiyanın Xarici İşlər naziri Tahir Salahovun sərgisində olub

İyun 21
14:08 2019
Rusiya Xarici İşlər Nazirliyinin "Qonaq Evində” Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahovun sərgisi keçirilib.

"Report"un məlumatına görə, Tahir Salahov jurnalistlərə acıqlamasında Bakıda keçirilən sərgisində Serqey Lovrovun iştirak etdiyini bildirərək, onu Rusiya Xarici İşlər Nazirliyinin ordeni ilə təltif etdiyini bildirib.

"Bakıda Sergey Lavrov mənin sərgimin Moskvada, Xarici İşlər Nazirliyində keçirilməsini istədiyini bildirdi. Mənin sərgimin keçirildiyi bu ev dünyada dostuluğun və qardaşlığın imza atıldığı bir yerdir. Mən sərgimin burada keçirilməsindən qürur duyuram. Bu sərgidə mənim şah əsərlərim, tarixi şəxsiyyətlər nümayiş olunur. Və biz gərək onları unutmayaq”,- deyə Tahir Salahov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook