“Rövnəq Abdullayev həmişə qabları mənə yuduzdururdu…” – Deputat
Mart 07
04:29
2019
Lerikin 3 kəndini kimlər susuz qoyur...
"Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Təyinatla Neft Daşlarına düşmüşdük. Çox yaxın dostlarıq".
Bunu Lerik rayonunun deputatı İqbal Məmmədov "Modern.az” saytına müsahibəsində deyib.
"Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirənlərdən imkanlılar çox idi, onları yaxşı yerlərə təyin edirdilər. Bizim kimi adamı olmayanlar isə Neft Daşlarına göndərilirdi. Bu gün hərəsi dövlətdə yüksək vəzifədədir. Mən Lerikdə olan problemləri onlara rahatlıqla danışa bilmişəm”.
Deputat daha sonra qeyd edib: "Rövnəq Abdullayev çox sadə adamdır. Uşaqla uşaq, böyüklə böyük kimidir. Rövnəq müəllim SOCAR-ın prezidenti təyin ediləndə Lerikə gəlmişdi. Biz gənclik zamanlarımızda da Lerikə çox gedərdik. Mən də Naxçıvana, onun yaşadığı yerə getmişdim. Rövnəq müəllim gəlib öz sözünü rəhbərliyə çatdırdı. Lerik 2006-cı ildən sonra tamamilə dəyişdi. Rövnəq müəllimlə çox rayonlara getmişik. O, bəzi məmurlardan fərqli olaraq heç zaman tək yemək yeməz. Rövnəq müəllim, hamını stolun başına yığır”.
İ.Məmmədov SOCAR prezidentinin yaxşı dost olduğunu bildirib: "Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var. Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım.
Rövnəq müəllim, kartofu qazana lay-lay qoyurdu, üstünə balıq, üstünə pomidor, onun da üstünə soğan qoyub bişirirdi. O qədər dadlı olurdu ki! Hər kəsə Rövnəq Abdullayev kimi dostun qismət olmasını arzulayıram.
İndi neftçilər, onların sosial durumu üçün əla şərait yaradılıb. Rövnəq müəllim özü də neftçi işləyib deyə fəhlələrin qeydinə qalır. Çox kövrək adamdır”.
Deputat həmçinin bildirib ki, demək olar, hər gün R.Abdullayevlə görüşür: "Azərbaycanda olanda hər gün görüşürük. Hər gün səhər tezdən 7-nin yarısında onunla fitnes salonunda idman edirik. Digər dostlarımız da ora gəlir…”
İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.
2015-ci ildə Milli Məclis(V çağırış) seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülüb.
Nəticədə yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib.
Hazırda "Azərsu" ASC rəhbərliyi Lerikin 3 kəndinin - Şivlə, Biləvər və Geskön istifadə etdiyi "Şüpək" bulağını qonşu Şingədulan kəndinə aparmağa çalışır.

Hər üç kəndin sakinləri ölkə rəhbərliyinə müraciət edərək, Qorxmaz Hüseynovun İqbal Məmmədovla dost olduğunu, məhz bu "şəbəkələşmiş məmurların" 3 kəndi susuz qoymaq istəməsini bildiriblər. Qorxmaz Hüseynov bu iddiaları etiraf etməsə də, İqbal Məmmədov müsahibəsində Hüseynovla da dost olduqlarını nəhayət, etiraf edib.
Qlobal.az