Rövnəq Abdullayevin "futbolu"- VİDEO
Mart 31
10:34
2016
Bir neçə gün öncə futbol üzrə Azərbaycan çempionatının (birinci dəstə) "Şahdağ" (Qusar)-"Ağsu"(Ağsu) oyununda baş verənlər hələ də futbol ictimaiyyətinin müzakirə mövzusudur.
Əvvəla, ondan başlayaq ki, AFFA-nın yeni rəhbərliyi dönəmində Qusarda futbolun məhv olması üçün yetərincə "işlər" görülüb. Təkcə onu demək kifayətdir ki, vaxtilə güclülər dəstəsinin ortabablarından olan "Şahdağ" bu gün ciddi maliyyə sıxıntısı yaşayır və bu səbəbdən birinci dəstənin heç ortabablarından da deyil. Təbii ki, AFFA rəhbərliyi istəsəydi, məsələn, "Futbol dünyası" adlı çıxmayan qəzetə 150 min manat vəsait "xərcləmək" əvəzinə, onun bir qismini "Şahdağ"a yönəldərdi.
Şübhəsiz ki, həmin oyunda futbol adına ləkə ola biləcək bir rəzalət yaşandı və bu, danılmazdır. O da danılmazdır ki, bütün bunların başında PFL prezidenti Ramin Musayevin yerlisi və yaxın adamı, oyunun baş hakimi Xəlil Xəlilov dayanmışdı. Deməli, belə bir hakimə himayədarlıq etməyin özü də az iş deyil.
Ardınca AFFA-nın baş katibi Elxan Məmmədovun nəzarət etdiyi Nizam İntizam Komitəsinin verdiyi qərarları isə bircə-bircə müzakirə etməyə ehtiyac var.Əvvəla, ondan başlayaq ki, AFFA-nın yeni rəhbərliyi dönəmində Qusarda futbolun məhv olması üçün yetərincə "işlər" görülüb. Təkcə onu demək kifayətdir ki, vaxtilə güclülər dəstəsinin ortabablarından olan "Şahdağ" bu gün ciddi maliyyə sıxıntısı yaşayır və bu səbəbdən birinci dəstənin heç ortabablarından da deyil. Təbii ki, AFFA rəhbərliyi istəsəydi, məsələn, "Futbol dünyası" adlı çıxmayan qəzetə 150 min manat vəsait "xərcləmək" əvəzinə, onun bir qismini "Şahdağ"a yönəldərdi.
İndi isə detalları incələyək.
Deməli, oyunun 83-cü dəqiqəsində baş hakim Xəlil Xəlilov qonaqların qapısına olmayan penaltini təyin edir və heç nədən qonaqların oyunçusunu birbaşa qırmızı vərəqə ilə oyundan qovur. Elə əsl həngamə də bundan sonra başlayır.
Qırmızı vərəqə alan oyunçu meydanı tərk etməmiş hakim penaltinin vurulmasına qərar verir və penalti qol olur. Bu zaman qonaqlarin inzibatçısı meydana daxil olaraq, baş hakimin üstünə cumur və onunla mübahisəyə başlayır. Xəlil Xəlilov isə həvəskar hakimin belə etməyəcəyi səhvi edərək ona qırmızı vərəqə göstərir. Bu da növbəti rəzalət. Əvvəla, məhəllə futbolunda da penalti yerinə yetirilərkən oyunçunun meydançadan çıxmasını gözləyirlər. İkincisi, qırmızı və ya sarı vərəqə yalnız oyunçulara göstərilə bilər və bu, FİFA-nın qanunudur.
Əldə etdiyimiz məlumata görə, oyunun ehtiyat hakimi Anar Niyazovun təkidi ilə penalti yenidən təkrarlanır və bu dəfə qol qeydə alınmır.
Belə olan halda ortaya sual çıxır ki, baş hakim oyun vaxtı özünü itirib qaydaları unutmuşdusa, ehtiyat hakim niyə vaxtında müdaxilə etmirdi ?Deməli, burada bir məqsəd var və həmin məqsədin nədən ibarət olduğunu yazımızın sonunda açıqlayacağıq.
İkinci dəfə penalti təkrarlanıb qol olmayandan sonra "Ağsu" komandasının oyunçusu əllərini havaya qaldıraraq Qusar azarkeşlərinə xoşagəlməz jest edir. Məhz bu hərəkətdən sonra azarkeşlər meydana axışır. Oyunun başa çatmasına artırma dəqiqləri ilə birlikdə təqribən 10 dəqiqə qalır və azarkeşlər qonaq komandanın oyunçularına fiziki təzyiq göstərirlər. Oyun dayanır və hamı meydanı tərk edir. Ancaq görün sonra futbol adına hansı cinayətlər baş verir?
Məlumat üçün qeyd edək ki, FİFA və UEFA-nın belə hallarda çox sərt və qəti təlimatı var. Əgər azarkeş meydana giribsə, oyun birmənalı şəkildə dayandırılmalıdır. Halbuki burada bütün azarkeşlər meydanda idilər. Yəni oyun bir daha bərpa olunmamamlı idi.
Oyunun hakim inspektoru AFFA-ya zəng vurub durumu izah edir. Halbuki burada ediləcək tək bir şey hakimlərin oyunun yarımçıq dayandırması idi. Ancaq Ramin Musayev hakimlərə oyunun başa çatdırılmasını əmr edir. Hətta "Oyunu bitirməmiş Bakıya gəlsəniz, özünüzdən küsün, mənə problem lazım deyil" formasında bir ismarış da yollayır. Şübhəsiz ki, oyunu davam etdirən hakim nə qədər günahkardırsa, bunu əmr və tələb edən PFL prezidenti də bir o qədər məsuliyyət daşıyır.
Əgər həmin anlarda orada hansısa hadisə baş versəydi, kim cavabdeh olacaqdı? Kim hakimlərin təhlükəsizliyinə təminat vermişdi?
Gəlin baxaq oyun yarımçıq dayandırılsaydı, nələr baş verəcəkdi? Əvvəla, FİFA qanunlarına görə oyun dayandırılsaydı, Qusar təmsilçisinə texniki məğlubiyyət verilməli idi-0:3. İkincisi stadion bağlanmalı və bir müddət komanda azarkeşsiz oynamalı idi. Ancaq Ramin Musayev durumdan agah edilmişdi və bilirdi ki, burda hakimlərin dəhşətli səhvi var.
AFFA Nizam İntizam Komitəsinin oyunla bağlı qərarları isə o qədər gülməlidir ki, heç "Maşa və ayı" cizgi filmində belə hoqqalar çıxarılmır. Komitənin qərarına əsasən hakimin verdiyi qırmızı vərəqə ləğv olunub. Halbuki hakimin qərarları ləğv oluna və dəyişdirilə bilməz. Bu, yalnız bir halda mümkündür. Məsələn, vərəqə səhvən başqa birinə verilmiş olsun və bu halda qaydanı digər oyunçu pozsun. Nəzərə almaq lazımdır ki, qırmızı vərəqə əl işarəsi ilə azarkeşləri təhqir etmiş bir futbolçuya verilib. Və bütün hadisələr də məhz həmin hərəkətdən sonra baş vermişdi. Ancaq bunun müqabilində azarkeşləri təhqir edən futbolçuya etiraz edən yerli oyunçu 12 ay müddətinə futboldan uzaqlaşdırılır. Adam əl işarəsi ilə Qusarı təhqir edir, cəza almır və bu hərəkətə etiraz edən digər oyunçu cəzalandırılır. Çünki o, SOCAR-ın birbaşa sponsor olduğu komandanın-"Ağsu"nun, digəri isə sponsorsuz, belə demək mümkünsə, sahibsiz, maliyyəsiz "Şahdağ"ın oyunçusudur.
Üçüncü biabırçı qərar isə stadionun cəza almamasıdır. Halbuki stadion bağlanmalı və "Şahdağ" gələn oyunlarının heç olmasa birini azakeşsiz oynamalı idi.
Son olaraq, aldığımız məlumata görə Gürcüstan və Dağıstanda bu oyuna 3 ayrı kontorda 8500 ABŞ dolları pul qoyuluşu olub. PFL prezidenti bu pul qoyuluşlarını kimlərin tərəfindən edildiyini gözəl bilir. Sıravi azarkeşə də bəllidir ki, birinci dəstə komandaların bir çoxu məhz belə kontorlardan gələn pulla maliyyələşirlər.Bütün bunlardan sonra AFFA-nın "Ağsu"nun arxasında dayanmasının səbəbi bəllidir. Çünki klubun rəhbəri SOCAR-ın yüksək vəzifəli şəxslərindən biridir və Rövnəq Abdullayevin yaxın adamlarındandır. Bu şəxş Ağsuda əksər biznes obyektlərinin sahibidir. Elə təkcə "Az Qranata" zavodunun adını çəkməyimiz kifayətdir.
Belə olan halda Elxan Məmmədovun bütün yanlışlıqlara göz yumması təbiidir. Amma itirən yenə futbolumuz oldu. Üç yüz minə yaxın vətəndaşın yaşadığı Şimal bölgəmizin yeganə təmsilçisi "Şahdağ"a qarşı ədalətsizliklər edildi.
Bu məqamda Ramin Musayevlə Elxan Məmmədova bir sualımız var. Bu qərarları alanda, yaxud alınmasına nail olandan sonra heçmi vicdanınız sızlamadı? Bir savadsz hakimin ucbatından bu qədər haqsızlığa hansı səbəbdən dözməli oldunuz? Cavabını özünüz daha yaxşı bilirsiniz...
Sonda qeyd edək ki, əgər oyun yarımçıq qalsaydı, bütün pul qoyuluşları batacaqdı. Çünki oyun başa çatmayanda hesab qeydə alınmır və nəticələr ləğv olunur. (Ölkə.az)
Qlobal.az