Rövnəq Abdullayevin varis planı – ŞOK TƏFƏRRÜAT
Dekabr 28
20:54
2017
ARDNŞ öz yerinə ən yaxın qohumu Anar Əliyevi hazırlayır, oğluna isə xaricdəki biznesi idarə etmək həvalə olunub
Bu gün ölkə mətbuatının əsas gündəm xəbərlərindən biri dövlət məmurunun arvadının Türkiyədə 16 villa alması haqda gedən məlumatdır.Amma bu zamanadək də müxtılif səpkili məsələrdə hallanan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin haqqında çeşidli məlumatlar dolaşıb. Bu sırada Abdullayevin nurçularla əlaqəsi, müxtəlif təyinatlı maliyyə işləri, ARDNŞ daxili qalmaqallar, habelə qohumlarından ibarət şəbəkə, oğlunun Türkiyədə böyük biznesə nəzarət etməsi ən aktual xəbərlərdən sayılır.
Xatırladaq ki, təxminən bir il öncə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində ARDNŞ prezidentinin oğlu ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, 21 yaşlı Rəşad Abdullayev Türkiyədə beş şirkət, istirahət mərkəzi, restoran və digər əmlaklara sahibdir. O, 2010-cu ildə 17 yaşında Türkiyənin Kox universitetində kimyəvi maşınqayırma fakültəsində təhsil almaq üçün İstanbula gəlib. Gələn kimi də "SOCAR Trading” şirkətində işə başlayıb. Bu şirkət ARDNŞ tərəfindən Azərbaycan neftinin dünya bazarında satışının təşkili məqsədilə yaradılıb. Rəşad Abdullayev ARDNŞ prezidenti Rövnəq Abdullayevin oğludur. Son dörd ildə Rəşad Abdullayev SOCAR-ın bir neçə törəmə müəssisəsində işləyib.
Bundan başqa, Rəşad Abdullayev SOCAR-la əlaqəli bir neçə işə rəhbərlik edir: Məsələn, The Alpha Roger Project (www.alpharoger.com.tr) daşınmaz əmlakla məşğuldur. Onun sahiblik etdiyi digər müəssisələr tikinti, dəniz və hava daşımaları, insan resurslarının idarə olunması, konsultasiya, neft məhsullarının satışı ilə məşğul olur. "The Alpha Roger Project”in Azərbaycan bölməsinin qeydiyyatdan keçdiyi ünvan Rəşad Abdullayevin ana babası Adəm Əliyevin evidir. Həmçinin göstərilən mənbədə Abdullayevin oğlunun Türkiyədə xeyriyyəçiliklə məşğul olduğu, azərbaycanlı tələbələrə 100 dollar pul verdiyi, habelə bu ölkədə xeyli otellar açmaq üçün hazırlaşdığı qeyd olunurdu.
Amma ortada başqa bir məsələ daha var. Bu da Rəşad Abdullayevin niyə məhz Türkiyədə bizneslə məşğul olmasıdır.
Digər bir məsələ isə Rövnəq Abdullayevin gələcək üçün hesabladığı plandır. Belə ki, bütün bunlarla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, ARDNŞ prezidenti oğlunu öz yerində görmək istəmir. Onu əsasən xaricdəki biznesinin icraçısı kimi təsəvvür edir.
Məlumatlarda deyilir ki, Rövnəq Abdullayev Rəşad Abdullayevə daha çox biznesdə güvənir,nəinki dövlət işlərində. Amma mənbələr bunun hansı səbəbdən belə olduğundan xəbərsizdirlər. Bəs, belə olan təqdirdə şirkət rəhbəri öz varisi olaraq kimi görür? Əslində, bu suala cavab tapmaq elə də çətin sayılmamalıdır. Daha dorğusu, prosesləri izləyənlər azca diqqətli olsaydılar "varis”in kimliyini hələ xeyli əvvəl müəyyənedə bilərdilər. Bir müddət əvvəl adı qəfil mətbuatın dilinə düşən Anar Əliyev heç də Abdullayevlər ailəsi üçün qiymətsiz biri deyilmiş.
Məlumatlara görə, ARDNŞ prezidentinin bütün dəstəyi sayəsində irəliyə gedən Əliyev, elə Abdullayevin ən yaxın qohumlarındandır. Ölkə mətbuatında ARDNŞ prezidentinin dövlət şirkətinə öz yaxın qohumlarını necə məsul vəzifələrə irəli çəkdiyi haqda dəfələrlə yazılıb. Belə ki, Böyük Britaniyanın "Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə "Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Bu şəxslə bağlı ölkə mediasının apardığı araşdırmalar zamanı əldə olunan məlumatları ümumiləşdirərək cumhuriyyet.az olaraq ARDNŞ-dəki məlum şəbəkəni diqqətə çatdırırıq:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev SOCAR Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev SOCAR-da satış direktorudur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul SOCAR-da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları "Suraxanı OIL” Əməliyyat Şirkətinin və "Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq "EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevn qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim SOCAR-da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov "SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman SOCAR-ın Təchizat Departamentinin rəisidir.
Araşdırma zamanı o da məlum olub ki, Anar Əliyev soyadını dəyişərək Əlizadə olub.
Qeyd edək ki, bu siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur. "SOCAR” yanacaqdoldurma məntəqələrinin demək olar ki hamısına rəhbərliyi ARDNŞ prezidentinin qohumları edir. Bir çoxunun başında elə Anar Əliyevin yaxın qohumları dayanır. Bu haqda "AzPolitika.info”-da məlumat verilib ki, bu və digər faktlar Rövnəq Abdullayev ARDNŞ-i ailə şirkətinə çevirdiyini göstərir.Hazırda xaricdə SOCAR-ın neftinin satışı ilə məşğul olan bu cavan oğlan yaxın gələcək üçün ARDNŞ-in prezidenti qismində görünür. Xatırladaq ki, Union Grand Energy şirkətinin rəhbəri olan Anar Əliyev artıq neft sahəsinə bələd olan kadrlardan biri kimi təqdim olunur. Hakimiyyət dairələrinə ARDNŞ-in prezidenti tərəfindən təqdim edilən "perspektivli”, "savadlı” və "bacarıqlı” qohum haqqında ilkin təəssürat pis deyil.
Məlumatlarda qeyd olunur ki, hətta bəzi siyasi dairələr Anar Əliyevin ARDNŞ prezidenti olmasına etiraz belə etmir. Amma ölkədə yekun söz bir olduğundan Rövnəq Abdullayev də dodağını dişləyərək oturub, gözləməlidir. Yəni, zamanın yetişməsini gözləməlidir. Anar Əliyevin hələ xeyli əvvəldən bu posta hazırlaşdırılması gündəmdə olub. Məlumatlara görə, onun neft sahəsinə gətirmək, xaricdə satış işlərinə qoşmaq, şirkət yaratmaq və digər məsələlər də məhz Rövnəq Abdullayevin yanındakı "texnoloqlar”ın məsləhəti ilə edilib. Və ARDNŞ prezidenti artıq əməyinin bəhrəsini görmək istəyir.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Qlobal.az