SON XƏBƏR

Rövşən Bayramov "Rio-2016"da 5-ci oldu

Avqust 15
09:00 2016
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib (14-16 avqust). SİA-nın məlumatına görə, güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib.  

Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, dünya və ikiqat Avropa çempionu Rövşən Bayramov (59 kq) əvvəlcə Venesueladan olan rəqibi Rodrigez Orozconu, ardınca ABŞ idmançısı David Thielkeni tam üstünlüklə məğlub edib. Yarımfinalda Yaponiya güləşçisi Şinobu Otaya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Norveçdən Stig-Andre Berge ilə qarşılaşmada bərabərlik qeydə alınsa da, son xalı rəqib qazandığından qələbə də ona verilib. Rövşən Bayramov 3-cü dəfə qatıldığı Olimpiya Oyunlarını 5-ci sırada tamamlayıb. 

59 kq
 
Bürünc medal görüşü - Stig-Andre Berge (NOR) - Rövşən Bayramov 1*:1
1/2 final - Rövşən Bayramov - Şinobu Ota (JPN) 2:4
1/4 final - Rövşən Bayramov - Jesse David Thielke (USA) 9:0
1/8 final - Rövşən Bayramov - Raiber Jose Rodrigez Orozco (VEN) 8:0

75 kq 
 
1/4 final - Peter Bacsi (HUN) - Elvin Mürsəliyev 5:0
1/8 final - Elvin Mürsəliyev - Doszhan Kartikov (KAZ) 5:1
1/16 final - Elvin Mürsəliyev - Mahmoud Fawzy Rashad Sebie (EGY) 2:1
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook