S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü
Avqust 29
03:18
2020
Rusiyanın Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonunda "Army 2020” beynəlxalq ordu oyunları çərçivəsində keçirilən yarış zamanı təhlükəli insident baş verib.
"İnfoResist” portalı xəbər verir ki, bu səhnənəi Avropa press-foto agentliyinin fotoqrafı Yuri Koçetkov çəkə bilib. Müvafiq görüntülər İnstagram-da da yerləşdirilib, amma bir sutka sonra silinib.
Ehtimal edilir ki, raketin yürüş mühərriki işə düşməyib və nəticədə o, start mühərriki ilə bir neçə metr yuxarı qalxdıqdan sonra "geri qayıdıb”. İstisna deyil ki, raketin istifadə müddəti bitmiş olub.