SON XƏBƏR

Saakaşvili: Bu, SSRİ-nin Macarıstan və Çexoslovakiyaya hücumunun eynisidir

Yanvar 07
12:23 2022
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi missiyasının Qazaxıstana daxil olmasını pisləyib.

Qaynarinfo xəbər verir ki, bu haqda rosbalt.ru-nun məlumatında deyilir. 

"İndi Qazaxıstanda baş verənlər Rusiya Federasiyasının suveren dövlətə qarşı birbaşa silahlı təcavüzüdür. Bu, 1956-cı ildə Sovet İttifaqının 1968-ci ildə Varşava Müqaviləsi pərdəsi altında Macarıstan və Çexoslovakiyaya hücumunun dəqiq surətidir. Mən Qərbi neytral bəyanatlarla məhdudlaşmamağa, Qazaxıstan xalqının tərəfini tutmağa çağırıram”, - siyasətçi Facebook-da yazıb.

Bundan bir qədər əvvəl eyni fikri Beynəlxalq Gələcək Araşdırmalar Akademiyasının (Brüssel) Rusiya bölməsinin üzvü, Rusiya-Çin Strateji Əməkdaşlıq İnstitutunun direktor müavini, Hərbi Sinoloqlar İttifaqının katibi Andrey Devyatov da səsləndirib. "Vəziyyət 1968-ci ildə Praqa baharının Varşava Müqaviləsi ölkələrinin qoşunları tərəfindən yatırılması zamanı necə inkişaf edibsə, elə də inkişaf edəcək. Qazaxıstan Respublikasında rejim dəyişdiriləcək, lakin bu həm də hazırkı sülhməramlı KTMT ölkələrinin bütün siyasi sisteminin dağılmasına səbəb olacaq”, - Devyatov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook