Saakaşvili ukraynalıları Maydana çağırdı
Oktyabr 16
01:05
2017
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları 17 oktyabrda Kiyevdə mitinqə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə siyasətçi Xarkovda vətəndaşlar qarşısında çıxışı zamanı bildirib.
"Gəlin 17 oktyabrda göstərək ki, Ukrayna yorulmayıb. Ukraynada intellekt mövcuddur. Mübarizə aparmağı bacaran insanlar Ukraynada var. Gəlin göstərək ki, Ukraynada qələbə əzmi hələ də var. Ukrayna onları və xarici düşmənlərini məğlub edəcək”, - Saakaşvili deyib.
Saakaşvili ukraynalılara layiq olduqları həyatı yaşayacaqlarına söz verib.