SON XƏBƏR

Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır

Oktyabr 21
02:28 2021
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib.
 
"Mixeil Saakaşvili xəstəxanaya getməyə hazırdır. Bu gün və ya sabah, bəlkə də şənbə və ya bazar günü, ancaq dəqiq bilmirəm. Səhiyyə və ədliyyə nazirlikləri ilə kiçik problemləri həll etməliyik. Sabah bu barədə yeni məlumat verəcəyik", - Kipşidze deyib.

Həbsxanada ölkənin keçmiş liderini ziyarət edən həkim qeyd edib ki, xəstəxanaya yerləşdirmə Saakaşvilinin aclığa son qoyacağı anlamına gəlmir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook