Saakaşvilinin ev dustaqlığı müddəti başa çatıb
Fevral 06
11:29
2018
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin gecə ev dustaqlığı və Kiyevdən çıxmağa qoyulan məhdudiyyət müddəti başa çatıb.
"Report” xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ruslan Çornoluski çərşənbə axşamı məlumat yayıb.
O hesab edir ki, hakimiyyət ölkədən çıxarmaq üçün bu şəkildə onun statusunu "təmizləyə” bilər.
Qərarda nəzərdə tutulan həbs qətimkan tədbirinin qüvvədə olma müddəti bitdikdən sonra Saakaşvilinin artıq heç bir məhdudiyyəti yoxdur. Lakin onun şübhəli şəxs qismində çağırış vərəqəsi almaq və istintaq hərəkətləri üçün çağırışa getmək kimi öhdəlikləri var.
Yanvarın 26-da Kiyevin Appelyasiya Məhkəməsi "Yeni qüvvələr hərəkatı” partiyasının lideri və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sutkanın yalnız gecə saatlarında ev dustaqlığına göndərmək barədə qərar qəbul edib.