Saatlı sakini: "DOST İş Mərkəzi məni aldadıb"
Yanvar 12
17:36
2021
"Vətəndaşa belə qeyri-ciddi yanaşmağ olmaz”
"Ötən ilin əvvəli Meydan TV-yə müraciət etdim, o müraciətimdən sonra rayonumuzun Məşğulluq Mərkəzindən mənimlə əlaqə saxladılar, ora dəvət etdilər. Getdim, dedilər, DOST İş Mərkəzi səninlə iş müqaviləsi bağlamaq istəyir, işlə təmin olunursan. Müqavilə bağlandı, müqavilənin surətini istədim, mənə vermədilər. Mənə bir kart verildi, dedim, bəs iş nədən ibarət olacaq? Dedilər, get, otur evdə, maaşın karta vurulacaq. İş olanda xəbər edəcəyik, işə də çıxacaqsan. Karta cəmi iki ay pul köçürüldü”.
Bunu Meydan TV-yə Saatlı rayon sakini Ülkər Əliyeva deyir.
Zəng gəldi, sevindim, amma...
Ötən ilin martında Ülkər Əliyeva Meydan TV-yə müraciət etmişdi. O, işsizlikdən, ailənin durumundan söz açmışdı. Ülkər xanımın həyat yoldaşı illərdir ki, şizofreniyadan əziyyət çəkir. Ailənin yükü xanımın çiynindədir. O, yaşayış şəraitinin ağırlığından, iki övladının qayğılarından danışmışdı. Ülkər xanım təkrar Meydan TV-yə müraciət edib. Bu dəfə onun şikayəti DOST İş Mərkəzindəndir. Deməsinə görə, Meydan TV xanımın problemlərini işıqlandırandan sonra ona DOST İş Mərkəzindən zəng edilib, iş təklif olunub. O da sevincək qəbul edib. Ancaq sevinci uzun sürməyib.
"Hələ də bilmirəm ki, o, nə pul idi”
"Təxminən mayın əvvəlləri idi, məni çağırıb iş müqaviləsi bağladılar. İyun və iyul aylarında karta hər ay 250 manat olmaqla pul köçürüldü. Avqustda kartı yoxlayanda pul yox idi. Bir müddət gözləyib Məşğulluq Mərkəzinə müraciət etdim. Gah dedilər, o pul pandemiyaya görə verilib, gah dedilər, maaş idi. Bir sözlə, mən hələ də bilmirəm ki, o, nə pul idi... Pandemiyaya görə verilmişdisə, nəyə görə mənimlə iş müqaviləsi bağlanmışdı, pandemiyaya görə pul işşizlərə verilir axı... Üstəlik də, pandemiyaya görə verilən yardımın məbləği 190 manatdır. Mənim isə kartıma hər ay 250 manat köçürülmüşdü. Məşğulluq Mərkəzində suallarım cavabsız qaldı. Belə başa düşdüm ki, kim problemini ictimailəşdirirsə, DOST İş Mərkəzi həmin vətəndaşın ağzını yummaq üçün hərəkətə keçir, saxta bir iş müqaviləsi bağlayıb, cibinə bir kart verib, vətəndaşı yalandan ümidləndirir. Mənimsə hökumətin bu oyunlarına tab gətirəcək halım yoxdur. Mənə konkret iş, maaş lazımdır. Vətəndaşa belə qeyri-ciddi yanaşmağ olmaz. İllərdir ki rayonumuzun Məşğulluq Mərkəzinə iş üçün müraciət edirəm. Bu da bunların mənə verdiyi iş...”,- şikayətçi deyir.
"...DOST İş Mərkəzi həmin vətəndaşın ağzını yummaq üçün hərəkətə keçir, saxta bir iş müqaviləsi bağlayıb"
Mənbə: google.az
"Pensiya dərmanlara çatmır”
Ülkər xanım deyir hazırda həyat yoldaşının xəstəliyinə görə ödənilən 230 manat pensiya ilə dolanmaq olmur: "İmkansızlıqdan işıq, qaz pulunu ödəyə bilmirəm. Həftələrlə işığımız, qazımız olmur. Bu dəqiqə uşaqlar evdə əl-ayaqları dona-dona dərs edirlər. Ev deyil, sanki buzxanadır, bu şəraitdə şizofreniya xəstəsi olan həyat yoldaşım da zülm çəkir. Onun xəstəliyinə görə aldığı 230 manat pensiya heç öz dərmanlarına çatmır. Hökumətdən nə istəyirəm ki? Yalnız iş... Heç bir məmura əl açıb demirəm ki, şəxsi büdcəndən kömək et, deyirəm, mənə iş verin, işləyim, övladlarımı oxudum, bir yerə çıxardım. Qamış evdə yaşayırıq. Döşəmə o qədər çürüyüb ki, üstündə gəzə bilmirik. Yerə dəmirlər bərkitmişik ki, ayağımız döşəmənin arasına düşüb, yaralanmasın. Ev başımıza çökür, ac, susuz, iş yox, çörək yox, necə yaşayaq, bilmirik. Övladlarım acdır, ac qarına isə dərs oxumaq olmur”.
Ülkər xanım hər iki övladının təhsilə həvəs göstərməsinə sevinir, ancaq uşaqların təhsillərini davam etdirməyə maddi imkanlarının olmamasından üzülür.
Saatlı Tayon Məşğulluq Mərkəzindən Meydan TV-yə bildirilib ki, Ülkər Əliyeva Mərkəzə yaxınlaşsa, məsələ araşdırılar.