Sabah Bəxtiyar Vahabzadəyə həsr olunmuş tədbir keçiriləcək
Noyabr 24
12:11
2015
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi Bəxtiyar Vahabzadə təkcə ölkəmizdə deyil, həmçinin respublikamızdan kənarda da şair-dramaturq, istedadlı alim və publisist kimi tanınır. Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəngdir. Onun yalnız lirikası deyil, eləcədə xalqımızın tarixindən, mübarizəsindən bəhs edən dramaturji əsərləri də məşhurdur.
Bəxtiyar Vahabzadənin "İkinci səs”, ”Vicdan”, ”Yağışdan sonra”, "Fəryad”, ”Özümüzü kəsən qılınc”, ”Dar ağacı”, ”Rəqabət” kimi pyesləri bir-birinin ardınca Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi respublikamızın bir çox mədəniyyət müəssisələrində qeyd olunur.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də yubiley tədbirlərinə qoşularaq noyabr ayının 25-də " Söz nəbzidir, aynasıdır zəmanənin” adlı tədbir keçirəcək.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi əməkdaşları – filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru Səfurə Quliyeva Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açacaq, Milli Konservatoriyanın və konservatoriyanın nəzdindəki Musiqi Kollecinin tələbələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səslənəcək, həmçinin 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şagirdləri Bəxtiyar Vahbzadənin şerlərini söyləyəcəklər.
Tədbir 25 noyabr 2015-ci il saat 1500-da muzeyin ekspozisiyasında keçiriləcək.
Ünvan: Neftçilər prospekti 49 "Muzey Mərkəzi”
Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyi III mərtəbə
Əlaqə nömrələri: 493-40-98 ; 493-02-29