Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək
May 21
18:21
2024
Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək.
Qeyd edək ki, bu il indiyədək komissiyanın beş iclası keçirilib və ümumilikdə 500-dən çox müraicətə baxılıb.
"Report”un əldə etdiyi məlumata görə, iclasda bir sıra müraciətlərə və təşkilati məsələlərə baxılacaq.
Toplantının sonunda baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada təqdim olunacaq.