Sabiq aparat rəhbəri dövlətdən 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir
Aprel 19
05:55
2024
"MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.
"Qaynarinfo” xəbər verir ki, birinci məhkəmə instansiyasında və apellyasiya mərhələsində iddiası təmin edilməyən Vidadi Zeynalov Ali Məhkəməyə kassasiya şikayəti verib. Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib.
Məlumat üçün deyək ki, Vidadi Zeynalovla paralel onun övdladları Zeynal Zeynallı, Lalə Zeynalova, Pərviz Zeynalov və xanımı Natəvan Zeynalova da adıçəkilən qurumlar barəsində iddia qaldırıb.
Bundan başqa, Vidadi Zeynalovun ailə üzvləri Binəqədi Rayon Məhkəməsində Baş Prokurorluğa qarşı iddia qaldırıb. Bu işin nəticəsi barədə məlumat yoxdur.
Məhkəmə çəkişməsinin kökündə Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları dayanır. Keçmiş məmur 43 milyon manat dəyərində olduğu bildirilən əmlaklarını geri almaq istəyir.
Qlobal.az