Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var – Təfərrüat
Dekabr 29
15:15
2022
Sabiq deputat Hacı Salayevə məxsus "Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə – 465 min 651 manat 30 qəpik vergi borcu var.
Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan "Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Salayev deputat olmazdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.
2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Saleyev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq”ə bağlı "Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) İdarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı – general-mayor Baba Salayev FHN Akademiyasınn rəisidir.
Yeniavaz.com xəbər verir ki, "Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı "Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2”də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

Qlobal.az