Sabiq icraçı direktor: "Mutu dövlətin ayırdığı pulu götürüb getdi"
Dekabr 27
11:46
2023
"Neftçi”nin Adrian Mutunu gətirməsi nə qədər səs-küylü qarşılandısa, altı-yeddi aydan sonra göndərilməsi də bir o qədər gündəmi zəbt etdi. "Neftçi”yə böyük ümidlərlə gətirilən, ancaq buna rəğmən, heç bir fayda verməyən rumıniyalı keçmiş futbolçunun Azərbaycan macərası elə də uzun çəkmədi.
Maraqlıdır, futbolçu karyerasında "Yuventus”, "Fiorentina”, "Çelsi”, "Parma”, "İnter”, "Mançester Yunayted” kimi adlar olan Mutu "Neftçi"yə niyə heç nə verə bilmədi? Ona zaman tanınmalı idimi və bu halda nəsə edə bilərdimi?
"Neftçi”nin sabiq İcraçı Direktoru Tahir Süleymanov məsələ ilə bağlı düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında bunları deyib:
"Neftçi"dəki vəziyyət, yaranmış durum stratejidir və illərdir davam edir. Əsas səbəblərdən biri, AFFA necə idarə olunursa, "ağ-qara"lar da o ideoloji xəttlə yolunu davam etdirir. 10 ilə yaxındır dəyişən ancaq adlardır, fərq etməz, rəhbər, məşqçi, futbolçu heyəti olsun. Azarkeşlər, futbol ictimaiyyəti arasında "Neftçi" ilə bağlı tələblər, istəklər bəllidir. Klubu strateji ələ alanların şəxsi maraqları, bacarıqsızlığı, hətta hikkələri doğru qərarların qəbul edilməsinin qarşını məqsədli şəkildə kəsir və "Neftçi" ildən-ilə nüfuzdan salınır, çökdürülür, hədəflər kiçildilir. Mutu da diletant, həvəskar, "yaxşı futbolçu olub" düşüncəsi ilə "dövlət naziri" səviyyəsində qəbul edildi, müddəti 3-5 ay çəkdi. Günah Mutuda deyil, bu addımları atan, peşəkar futbolun incəliklərini bilməyən naşı, səlahiyyət sahibi olan strateqlərdədir. Mutu heç nə itirmədi, şərait yaradıldı, dövlətin, xalqın "Neftçi"yə ayırdığı vəsaitdən pulunu götürüb getdi. Dəyən yenə də "Neftçi"yə, ümumilikdə futbolumuza dəydi.
Süleymanov indiki "nəticələr” üçün Mutu kimi mütəxəssilərə, ümumiyyətlə, əcnəbilərə ehtiyac olmadığını vurğulayıb:
"Turnir cədvəlinə baxdıqda, ikinci mövqe ilə altıncı yer arasında bir qələbəlik fərq var. "Neftçi" kimi hər bir şəraiti olan tarixi klub, bu sıralarda var-gəl edir. Belə "nəticələr" üçün nə mutulara, nə də ki, başqa əcnəbilərə ehtiyac var. "Neftçi"nin problemləri daha dərindir. Bu barədə çox danışılıb, çox müzakirələr, təhlillər aparılıb”.
O, klubda normal idarəçilik olmadığını deyib, bu vəziyyəti "Neftçi” adına rəzalət kimi qiymətləndirib:
"Kluba gətirilən əcnəbi məşqçilərin əlcək kimi komanda dəyişmələri flaqmanın son illər necə idarə olunduğunun bariz nümunəsi, sübutudur. "Neftçi" yaxın keçmişdə tarixi uğurlarını, ardıcıl çempionluqlarını, kuboklarını yerli mütəxəssilər, məşqçilər sayəsində qazanıb. Bir daha vurğulayıram, milli komanda ətrafında cərəyan edən yanaşma, "uğur yoxdursa, yerli məşqçi olsun" anlayışı utopikdir, əlacsızlıq əlamətidir. "Neftçi"də son illər kifayət qədər əcnəbi/yerli məşqçilər çalışıb, saysız-hesabsız legioner/yerli futbolçular gəlib-gedib, rəhbər heyət dəyişdirilib. Müsbətə doğru dəyişən heç nə yoxdursa, əksinə, komanda mövsümdən-mövsümə daha da zəifləyirsə, problemə lokal deyil, qlobal yanaşılmalı və "Neftçi"də strateji kadr seçimləri düzgün aparılmalıdır. Məşqçiləri, futbolçuları seçən, dəyərləndirən, komandaya transfer edən, klubun gələcəyini müəyyənləşdirən "Neftçi"yə cavabdeh şəxslərdir. Öncə onlar yerində olmalıdır. Belə olduqda, təbii ardıcıllıq təmin olunur, qərarlar doğru verilir, digər məqamlar öz axarına düşür, klub dirçəlir, nəticələr özünü çox gözlətmir. Məsələlərə bu aspektdən baxılmalıdır, komandanı yenidən zirvələrdə görmək istəyirlərsə. "Neftçi" üçün çempionluq minimum vəzifə olmalıdır. Yoxsa əcnəbi məşqçi, idman direktoru gətirilib, "ikinci pilləni hədəfləyirik" demək, tarixi klub adına rəzalətdir”.