SON XƏBƏR

Sabiq nazirin biznesmen övladları Rusiya vətəndaşlığını qəbul edib (FOTOFAKT)

Dekabr 13
10:26 2021
YAP-ın qurucularından biri kimi tanınan, hakim partiyanın sabiq sədr müavini, keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağızadə Rusiya paytaxtında daşınmaz əmlak biznesi ilə məşğul olan "NAXÇIVAN İNVEST” Məhdud Masuliyyətli Cəmiyyətinin (ООО НАХИЧЕВАНЬ ИНВЕСТ) təsisçilərindən biridir.  Şirkət 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin 8A ünvanında hüquqi qeydiyyata alınıb. Araz Nağıbəylinin şəriki Fərdi Ələkbərov adlı şəxsdir.
 
Qlobal.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib. Onun sözlərinə görə, Araz Nağıbəylinin həmin qeydiyyatdan keçirdiyi daha bir şirkət "NAXÇIVAN” Məhdud Məsuliyyətli Cəmiyyəti (ООО "НАХИЧЕВАНЬ”) də daşınmaz əmlak alışı, satışı və icarəsi ilə məşğul olub. Lakin şirkət bu il avqustun 23-də ləğv edilib.

Bundan əvvəl isə 2009-cu ilin dekabrında keçmiş nazirin oğlu Rusiya paytaxtında Elvin Həşimov adlı şəxslə dəri geyim və ayaqqabıların istehsalı, satışı ilə məşğul olan "EQAN” Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО "ЭГАН”) təsis edib. Bu şirkət 2013-cü ildə ləğv edilib.
 
  

Araz Nağıbəyli həmçinin 2013-cü ildə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin ailəsinə məxsus "GALS BEAUTY AND SPA” MMC-nin direktoru olub, məşhur Leo Burnett Worldwide-nin Azərbaycan təmsilçiliyinin rəhbəridir.
 


Əli Nağıyevin Rusiya XİN-i yanında Beynəlxalq Münasibətlər İnstitutunda (MBMİ) müəllimə işləyən qızı Əminə Nağıyeva da 2017-ci ilin fevralında daşınmaz əmlak biznesi ilə məşğul olmaq üçün fərdi sahibkar kimi Rusiya Federal Vergi Xidmətinin 46 saylı Moskva regionlarası Müfəttişliyində qeydiyyata düşüb.
 
Rusiya Federal Vergi Xidmətinin qeydiyyat sənədlərindən məlum olur ki, YAP-ın sabiq sədr müavininin hər iki övladı hazırda Rusiya vətəndaşıdırlar.
 

 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook