Sabiq nazirlər oğurladıqları milyardları nə vaxt üzə çıxaracaq?
Sentyabr 12
10:04
2019
Ölkədə kölgə iqtisadiyyatının payının 40 faizdən yuxarı olduğu deyilir.
Bu haqda rəsmi informasiya olmasa da, müstəqil ekspertlərin müxtəlif araşdırmaları var. Bu araşdırmalar göstərir ki, kölgə iqtisadiyyatı hesabına oliqarxlar böyük rəqəmlərlə ifadə olunan milyonlara sahib olublar. Bu hesabla bəzi indiki və keçmiş oliqarx məmurların böyük biznes imperiyasına sahib olduqlarını, onların rəhbərlik etdiyi holdinqlərin nizamnamə kapitalını diqqətə alsaq, onların kölgə iqtisadiyyatının ən böyük iştirakçıları olduğunu söyləmək olar.
Kölgə iqtisadiyyatında böyük pay sahibi olan oliqarx məmurların biznes tarixçəsinin məmurluqla eyni dövrə aid olması bu məsələdə həqiqət payının nə qədər çox olduğunu göstərir. Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, nəqliyyat naziri Ziya Məmmədov, o cümlədən hazırda da işləyən bir sıra icra başçıları, bəzi deputatlar və digər məmurlar da vəzifə ilə yanaşı, həm də biznes sahibinə çevriliblər. Digər maraqlı məqam isə məmurlara məxsus şirkətlərin nizamnamə kapitalının sözün həqiqi mənasında "gülünc” rəqəm olmasıdır. Məsələn, Fazil Məmmədovun sahibi olduğu "ATA HOLDİNG”in nizamnamə kapitalı cəmi 9 manatdır. Amma sözügedən holdinqin tərkibində hotellər, restoranlar, istehsal müəssisələri, bank və sığorta şirkəri fəaliyyət göstərir. 9 manatla bu böyüklükdə holdinq yaratmaq və idarə etmək isə iqtisadi nəzəriyyə baxımından "yenilik" və ya "kəşfdir".
Təbii ki, sabiq məmurların oliqarxa çevrilməsi vəzifə maaşları ilə mümkün olmayıb. Qeyd edək ki, Azərbaycanda vəzifə maaşları belədir:
- Baş nazir - 2460 + 615. Cəmi 3 075 manat.
- Baş nazirin birinci müavini - 2160 + 540. Cəmi 2 700 manat.
- Baş nazirin müavini - 2060 + 515. Cəmi 2 575 manat.
- Nazir və Komitə sədri - 1925 + 481,25. Cəmi 2 406,25 manat.
- Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25. Cəmi 2 406,25 manat.
- Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320. Cəmi 1 600 manat.
- 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25. Cəmi 1 306,25 manat.
- 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5. Cəmi 1 237,5 manat.
- 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220. Cəmi 1100 manat.
Bu maaşlarla səhmləri milyardlarla dəyərləndirilən holdinq qurmaq mümkün deyil. "Biznesin qurulması üçün sərf olunan ilk investisya çirkli puldur” termini bu məqamda oliqarx məmurlara şamil olunur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı açıqlamasında onları milyardları talamaqda ittiham etməsi bu məsələni yenidən gündəmə gətirib.
"Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Sən bütün nəsil-nəcabətini təmin etmisən. Çıx ortaya! Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var”-deyən S.Novruzov sabiq nazirləri açıq şəkildə prezidentə xəyanət etməkdə, xaricdə hakimiyyət əleyhinə olan qrupları maliyyələşdirməkdə, təxribat xarakterli məlumatlar yaymaqda ittiham edib. Siyavuş Novruzovun dediklərinə deputat həmkarları Tahir Rzayev, Hadi Rəcəbli və Elman Məmmədovdan da dəstək gəlib.
Bu cür ittihamın birbaşa hakim partiyanın rəhbərliyində təmsil olunan deputatdan gəlməsi sabiq nazirlərin milyardları mənimsəməsi ilə bağlı mütəmadi yayılan məlumatları təsdiqləmiş olur.
Sabiqlərdən Ziya Məmmədov və Fazil Məmmədov böyük biznes imperiyasının sahibi kimi "tarixə” düşüblər. Eldar Mahmudov və qudası, hazırda həbsdə olan Cahangir Hacıyev 10 milyard dolları ölkə xaricinə çıxarması, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 2 milyard dollar mənimsəməsi xəbərləri ilə yadda qaldı.
Təbii ki, sözügedən mənimsəmələrin rəsmi qeydiyyata alınması mümkünsüzdür. Kölgə iqtisadiyyatının böyük ölçüdə olmasının da səbəbi məhz gizli yolla mənimsənilən, ölkədən çıxarılan, ofşor zonalara daşınan milyardlardır. Gizlədilən vəsaitlərin ölkə iqtisadiyyatına vurduğu zərbə isə 10 milyardlarla ölçülür.
Siyavuş Novruzovun da dediyi kimi, milyardları mənimsəyən oliqarx məmurların cəzasız qalması əslində, hazırda yaranan problemlərin əsas səbəbidir. Milyardların oğurlanmasında ittiham olunan sabiq nazirlərin bu gün ciddi resurslara sahib olması və YAP funksionerinin dediyi kimi, ölkə başçısına qarşı fəaliyyət göstərmələri əslində sabiqlərə "əcəl zəngi” kimi dəyərləndirilməlidir. Təklif olunur ki, həmin milyardlar şəffaf şəkildə ölkə iqtisadiyyatına yatırılsın. Ekspertlərin fikrincə, əgər həmin milyardlar iqtisadiyyata qaytarılsa, o zaman kölgə iqtisadiyyatının həcmi ən az 15-20 faiz azalar ki, bu da biznes mühitinin ciddi inkişafına səbəb olar.

Xatırladaq ki, ölkədən qanunsuz yolla çıxarılan, mənimsənilən milyardların geri qaytarılması üçün maliyyə amnistisiyasının elan olunması da bir müddətdir gündəmdədir. Hələlik bununla bağlı rəsmi məlumat olmasa da, bəzi rəsmilər də çıxışlarında dəfələrlə bu təklifə müsbət münasibət sərgiləyiblər. Son proseslərə nəzər saldıqda, görünən odur ki, yaxın zamanlarda maliyyə amnistiyası qəbul oluna bilər. Bu, sabiqlər üçün də son şans hesab olunur.
Mınbə: Cebhe.info
Qlobal.az