SON XƏBƏR

Sabiq Ukrayna prezidenti: “Biz artıq qalib gəlirik”

Mart 11
01:13 2022
Ukraynanın keçmiş prezidenti (1994-2005) Leonid Kuçma ölkədəki müharibəni şərh edərkən həmvətənlərinə müraciət edib.

Bu barədə onun mətbuat katibi Darka Olifer öz "Facebook” səhifəsində məlumat verib.

Kuçma qeyd edib ki, müharibəyə baxmayaraq o, Ukraynada qalır:

"Ukraynada evimdə qalıram. Biz hamımız öz vətənimizdəyik. Biz hamımız birlikdə qələbəyə qədər onu müdafiə edəcəyik. Partiya sütunlarına bölünmədən, şəxsi maraqlar və köhnə çəkişmələr olmadan. Bayraq, ordu və, prezident ətrafında birləşərək. Ukrayna Rusiya deyil. O, heç vaxt Rusiya olmayacaq. Biz artıq qalib gəlirik. Və buna heç bir maneə yoxdur. Rusiya Federasiyasına gəlincə, mən ancaq onu deyə bilərəm ki, yekdilliklə soydaşlarımın sözlərinə qoşuluram: Lənət olsun sizə”, - eks-prezidenti bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook