Sabiqlər pulunu ölkədən çıxarır: Etibar Pirverdiyevin qızı Əli Abbasovun oğlu ilə şirkət açdı
Dekabr 24
15:21
2018
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb. Qlobal.az yenicag.az-a istinadən xəbər verir ki, Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı, "Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevadır.
Hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar. INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.

Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. Qeyd edək ki, BİTTOP şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.
Qlobal.az