SON XƏBƏR

Sabunçuda 35 yaşayış binası söküləcək

Fevral 28
14:21 2016
"Bakı şəhərinin Sabunçu rayonunda pilot layihə çərçivəsində Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrində 5 binanın sakinlər köçürülərək binaların yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb”.
 
Bunu APA-ya Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib.
 
A. Vəliyev qeyd edib ki, Rayonun Sabunçu, Ramana, Zabrat, Balaxanı və Bakıxanov qəsəbələrindəki ictimai mənzil fondunda bir sıra yaşayış binalarının istismar müddətini keçərək qəzalı vəziyyətə düşməsi narahatlıq doğurduğundan, müraciətləri əsasında həmin məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 nömrəli qərarına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə "Pilot” layihə formatında 5 il müddətinə əlavə səlahiyyətlər verilib və qarşıya bir sıra vəzifələr qoyulub. Artıq bu qərarın icrası ilə bağlı müvafiq tədbirlər görülüb, həmin qəsəbələrdə çoxmənzilli, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək rəy verilməsi üçün əlaqədar dövlət orqanları və nəzarət qurumlarının mütəxəssislərindən ibarət komissiyaya göndərilib. Hazırda 35 yaşayış binası üzrə müvafiq rəylər verilib. Verilmiş bu rəylər əsasında kəskin qəza vəziyyətində və uçma təhlükəsi olan Ramana və Bakıxanov qəsəbələrindəki 5 binadan sakinlər köçürülərək yerində razılaşdırılmış layihələrə uyğun yeni binaların inşasına başlanıb. Bu tikinti-təmir və aparılacaq abadlıq işləri zamanı ilkin olaraq rayonun 630 nəfər sakinini işlə təmin etməyi planlaşdırılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook