SON XƏBƏR

Şah İsmayılın bu günə qədər bilmədiyiniz məktubu

Noyabr 25
00:18 2019
Türk tarixinin ən qara səhifələrindən biri Şah İsmayıl ilə Yavuz Sultan Səlimin, Səfəvi İmperiyası ilə Osmanlının qarşı-qarşıya gəlməsidir. Bu durum siyasi bir mücadilə olması ilə bərabər bu günə qədər şiə məzhəbi ilə sünni – Hənəfi məzhəbli türklərin çarpışması olaraq xarakterizə edilib və ya belə göstərilməyə çalışılıb.

Bu tarixi hadisə aradan yüz illər keçməsinə baxmayaraq türk toplumunda təsirini göstərib: sosioloji, tarix, ədəbiyyat kimi sahələrdə bir çox əsərin mövzusuna çevrilib.

Ələvi kimi tanınan siyasətçi, tarixçi, yazar Reha Çamuroğluna görə, təriqət lideri kimi İsmayıl İmperiyanın strukturunu dini əsaslara dayamış, fəqət təriqət dövlətin yerini ala bilməmişdi.

22 Avqust 1514-cü ildə Çaldıran düzündə Yavuz Sultan Səlimin nizam-intizamlı ordusunun gəlişini izləyən Şah İsmayıl: "Gör qəhbə dinli nə dərya düzmüş’’ demiş, Osmanlının top və tüfəng atəşi qarşısında ordusunun əridiyini görmüşdür. Halbuki İsmayıl ideoloji təbliğatı və "iman gücü” ilə Osmanlını məğlub edə biləcəyini ümid etmişdir. Çünkü illərlə davam edən ideoloji işlə Osmanlı ölkəsinin içi boşaltılıb, Türkmən, Varsak, Avşar, Ustacalu,Təkəli boyları Şahın yanına qaçmışdır. Bu Qızılbaş-Türkmənlər Şaha canları ilə bağlı idi. Yavuz bu təsirli təbliğat qarşısında Şahı yenmənin asan olmadığını, qarşılıq olaraq başqa ideoloji iş aparmağın vacib olduğunu görmüşdür. Şahzadə Səlimin babası Sultan Bəyazidə qarşı çıxışında və onu taxtından salınmasında Anadolunu ələ keçirməkdə olan Şahın gücü olmuşdur.

1487-ci ildə Trabzon sancaqbəyi olan şahzadə Səlim Anadoluda baş verən ideoloji təbliğat nəticəsində türkmənlərin Şah İsmail tərəfindən necə qazanıldığını görüb. Bunun əsas səbəbi isə bunlar idi: rifah və ədaləti itirən türk və türkmənlər Ərzincanda şeyxlik iddiasında olan Şah İsmayıla gedərək ona qul yazılırlar.

Çaldıran döyüşü öncəsində Yavuz Sultan Səlimlə Şah İsmayıl arasında məktublaşmalar olur. Yavuz Şaha ədəbi dildə farsça məktublar yazır. Bunun mənası isə sənin ölkəni idarə edəcəyəm deməkdir. Şah isə Yavuza türkcə məktublar göndərir. Beləcə hər iki hökmdar bir-birilərinə üstünlüklərini savaş meydanlarından öncə bəyaz səhifələr üzərində göstərməyə çalışırlar. Şah Yavuzun yüksək sənətli məktubları qarşısında belə deyir: "bir dövləti dövlət edən şeylərdən biri bu yüksək bədii anlayışdır və təəssüf ki, bizim türkmənlər hələ də bu zərif anlayışdan yoxsuldur! Onlar iki telli, üç telli bağlamaları ilə oyalanırlar. Məndən sizə vəsiyyətdir, Səfəvi Dövləti sənətin hər çeşidi üçün bir sığınacaq olsun, ölkəmdə hər sənət zirvəyə çıxardılsın!’’

Çaldıran müharibəsindən sonra Şah İsmayıl peşimanlığını belə dilə gətirir: ‘’Mən Teymur olmağı istəmədim. Səlim kimi davranmağı istəmədim. Adı Səfəvi də olsa, Osmanlı da olsa nə? Türkü türkə qırdırmağı istəmədim. Teymurun əsir aldığı otuz min Osmanlını Teymurun əlindən qurtaran atalarım vaxtilə onları sərbəst buraxıb yurdlarına göndərmişdi. Bəs Səlim nə etdi? Duz-çörək haqqını unudub öncə Çaldıranda otuz min igidimə qıydı, sonra şəhərimdən, yurdumdan sənətkar adamlarımı toplayıp getdi. Bu yetmədi, hərəmimizi də aldı. Taclı Xatunumu, gözümüm nurunu götürdü. Ruhumu sökdü, canımı aldı. Ta Orta Asiyadan bu yana sahib çıxdığımız dəyərlərimizi yıxdı. Türklüyümüzü, adət-ənənəmizi, şaman kökümüzü Qum mollalarının Sünni müsəlmanlığına fəda etdi…’’

Mənbə: konkret.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook