Sahibə Qafarova terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verdi
Oktyabr 24
07:15
2024
Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.