Sahil Babayev 72 yaşlı ağbirçəyə 2.5 milyonluq tender verdi
Avqust 25
12:58
2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə 03.07.2023-cü il tarixdə başladığı açıq tenderə 12.07.2023 -cü ildə yekun vurub və fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı ilə 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Elektron media resursları Sosial Müdafiə Nazirliyindən 3 milyon manata yaxın tender udan Xanım Ağaməmmədova barədəsində açıq mənbələrdə heç bir məlumatın olmadığını yazır.
Aktualinfo.org-un apardığı araşdırmada məlum oldu ki, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49-da yerləşir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu göstərilir.
Qeyd edək ki, Azərbaycanda dövlt satınalmalarında bu kimi hallara tez-tez rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nə qədər satınalmaların şəffaf keçirilməsi barədə açıqlamalar yaysa da faktlar göz qarşısındadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in satınalmalarda yol verdiyi ciddi qanun pozuntuları barədə də kifayət qədər ciddi məlumatlar var. 72 yaşlı bir qadını fiziki şəxs kimi 2.531.250 manat məbləğində tendirin qalibi çıxarmaq elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ola bilər.