Sahil Babayev Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlayıb
Oktyabr 25
15:42
2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Əkrəm Həsənov və Partnyorları" MMC-dir.
Qalib şirkətə 160,8 min manat ödəniləcək.
Qlobal.az