Sahil Babayevin 1.2 milyonluq tenderi... - ekspert qanunsuz sayır
Mart 16
11:27
2023
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məxsusi elektron poçt sistemi qurması, məxsusi serverlər yaratması və özəl antivirus proqramları alması (zərərverici proqram təminatlarına qarşı müdafiə sistemi) ilə bağlı tender elan edib”.
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz bu haqda məlumatı "Facebook”da hesabında yazıb.
O deyir ki, ölkədə dövlət qurumlarının informasiya təhlükəsizliyi, e-poçt xidmətlərinin təşkili Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX), dövlətə məxsus yeni məlumat bazalarının saxlanılması isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) "AzİnTelecom” qurumunun səlahiyyətindədir.
Dövlət qurumlarının e-poçt sistemlərinin təhlükəsizliyi ilə bağlı Prezidentin 19 iyun 2012-ci il tarixli fərmanı da var.
Ekspertin sözlərinə görə, belə olan halda ƏƏSMN belə bir tender elan etməsi doğru deyil. Çünki bu, digər iki qurumun səlahiyyətinə müdaxilədir: "Bunlar açıq-aşkar başqa dövlət qurumlarının səlahiyyətlərinə daxil olan, həm də birbaşa təhlükəsizliklə bağlı məsələlərdir. Belə bir tenderin mahiyyətcə həm qanunvericiliyə, Prezident fərmanlarına və ümumiyyətlə məntiqə zidd olması diqqətimi cəlb edib”.
Osman Gündüz ƏƏSMN-in başqa qurumların səlahiyyətinə müdaxilə etməsinə həm də ironik yanaşıb: Nazirliyin informasiya təhlükəsizliyini qorumaq üçün milyonlarla vəsait hesabına aldığı proqramlar təhlükəlidir".
Onun sözlərinə görə, nazirlik tenderi artıq reallaşdırıb və "B2B Group” şirkəti ilə təxminən 1.2 milyon manat məbləğində müqavilə imzalanıb.
"Prezident fərmanına əsasən, optimallaşma, təhlükəsizlik və səmərəlilik baxımından ölkədə "Hökumət Buludu” formalaşdırılıb və dövlət qurumlarına tapşırılıb ki, paralel strukturlar yaratmaq yolverilməzdir. Buna baxmayaraq, görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin öz daxilində yeni bir e-poçt serveri formalaşdırır. Maraqlı məqam həm də odur ki, bütün bunlar açıq-aşkar, iki dövlət qurumunun səlahiyyətlərini mənimsəməklə, təhlükəsizliyə cavabdeh dövlət qurumunun rəy vermədiyi təhlükəsizlik sistemlərindən istifadə etməklə, Prezidentin müvafiq fərmanlarını pozmaqla Antiinhisar Dövlət Xidmətinin razılığı ilə edilir”, – Osman Gündüz qeyd edib.
"Diqqət çəkən məqam həm də odur ki, adıçəkilən nazirliyin açıq-aşkar qanun pozuntusu və səlahiyyətlərin mənimsənilməsi ilə reallaşan bu "özəl təhlükəsizlik sistemi, özəl e-poçt sistemi və özəl data mərkəzləri” haqqında tender keçirməsinə XRİTDX və RİNN də susub”.
"Burada diqqət çəkən və bir-birinə zidd heç bir məqam yoxdur”
Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, dövlət qurumlarının, sadəcə, "e.gov” sistemi üzərindən deyil, həm də sosial şəbəkələrdən xidmət göstərmək hüququ var:
"Elektron poçt sisteminin qurulması, məxsusi serverlərin yaradılması ümumi olaraq "e.gov” sisteminə aiddir. Burada diqqət çəkən və bir-birinə zidd heç bir məqam yoxdur”, – deyə ekspert bildirib.
ƏƏSMN hələ ki susur…

ƏƏSMN-nin mətbuat xidmətindən məsələyə münasibət bildirilməyib.
Mənbə: meydan.tv
Qlobal.az