Şahin Mustafayev Moskvadakı terrorla bağlı Rusiya səfirliyində olub
Mart 27
12:51
2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub və "Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Xatirə kitabına qeyd qoyub.
Qeyd edək ki, martın 22-də "Crocus City Hall”da terror aktı baş verib. Son məlumata görə, terror aktı nəticəsində 139 nəfər ölüb.
Qlobal.az
"Report” bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova başsağlığı verib, həmçinin zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Qlobal.az