Şahin Mustafayev: Rusiyanın Azərbaycan iqtisadiyyatındakı investisyalardan gəliri 2 milyard dollara çatıb
Avqust 08
13:56
2016
Azərbaycan və Rusiya arasında münasibətlər bütün istiqamətlər üzrə fəal inkişaf edir. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan iclasında deyib.
Nazir qeyd edib ki, hazırda iqtisadiyyat, elcə də qarşılıqlı investisiyalr sahəsində ikitərəfli münasibətlər fəal inkişaf etməkdədir.
Ş.Mustafayev vurğulayib: "Rusiyanın Azərbaycandakı investisiyaları milyardlarla dollarla qiymətləndirilir. Azərbaycanın təkcə neft sektorunda Rusiyanın investisiyalarının həcmi 2,8 milyard dollar təşkil edir. Rusiyanın bu investisiyalardan əldə etdiyi gəlirlər artıq 2 milyard dollara çatıb".
Qlobal.az