Şahmat Federasiyasının yeni rəhbəri kimdir? (DOSYE)
Noyabr 26
14:40
2021
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransada yeni Federasiya prezidenti seçilib və bu vəzifədə 2007-ci ildən çalışan Mərkəzi Bankın sədri Elman Rüstəmovu Mahir Məmmədov əvəz edib.
Qaynarinfo xəbər verir ki, 4 il müddətinə Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilən Məmmədov Mahir Ələsgər oğlu 20 avqust1962-ci ildə Bakı şəhərində anadan olub. 1979-1984-cü illərdə ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunun "Sənaye və mülki tikinti” fakültəsində inşaat mühəndisi ixtisasında alıb. 1991-1993-cü illərdə Azərbaycan Hidravlik Mühəndislik və Meliorasiya Elmi Tədqiqat İnstitutunda yığma dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi işi üzrə aspirantura dərəcəsinə yiyələnib.
1984-cü il avqust-oktyabr aylarında "ƏZİZBƏYOVNEFT” Neft-qaz çıxartma idarəsində 5-ci dərəcəli montajçı, 1986 – 1991-ci illərdə "ВНИИ Железобетон” Zavodu - Dəmir-beton qurğuları istehsalının kimyəvi işlənməsi laboratoriyasında mühəndis – baş elmi işçi, 1991 – 1992-ci illərdə "ARTMA” İstehsalat Şirkətində baş mühəndis, 1992-ci ilin aprel –sentyabr aylarında "STROYPROGRESS” İstehsalat Şirkətində baş mütəxəssis, 1992– 1995-ci illərdə "SANA” Kiçik Müəssisəsinin İstehsalat üzrə direktor müavini, 1995 – 1996-cı illərdə "GRUZNEFTEPRODUCT” Gürcüstan Dövlət Şirkətinin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 1996 – 2002-ci illərdə "Anglo Oil Corporation” LTD-nin Azərbaycan Nümayəndəliyinin Baş direktoru, 2002 – 2006-cı illərdə "M Building” MMC-nin Direktoru kimi çalışıb. 2006-cı ilin avqust ayından "SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru, noyabr ayından isə ARDNŞ-nin Gürcüstan Nümayəndəliyinin Direktoru kimi çalışıb.
Mahir Məmmədov "SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru olmaqla "SOCAR -Azərbaycan” şahmat klubunun da rəhbəridir.
Mahir Məmmədov 2018-ci ildə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Qlobal.az