SON XƏBƏR

Şahmatçımız bu dəfə də heç-heçə etdi

Mart 25
01:00 2022
Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

O, III turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Görüş 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerə uduzub. Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib.

Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Bir pillə geriləyən Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook