Şahmatçımız dünya kubokunda növbəti mərhələyə adladı
İyul 17
00:15
2021
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
Bu gün şahmatçılarımız cavab oyunlarında iştirak ediblər. Otuzikidəbir finalda qadın şahmatçılarımızdan Günay Məmmədzadə sloveniyalı Laura Unuku 1,5:0,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Şahmatçılarımızdan Şəhriyar Məmmədyarovun braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasovun ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəylinin rusiyalı Aleksandr Predke, Gülnar Məmmədovanın isə gürcüstanlı Lela Javakişvili ilə oyunları heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə mübarizə aparacaqlar.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.