SON XƏBƏR

Şairə Gilə Əliqızının "Dünyada əmanətəm"i təqdim olundu

Dekabr 16
14:23 2019
Dekabrın 14-də "Akademiya kitab mərkəzi”ndə şairə Gilə Əliqızının "Dünyada əmanətəm” adlı yenu şeirlər kitabı ilə oxucuların görüşü oldu.

Görüşü giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru tanınmış aktrisa Zülfiyyə Eldarqızı açaraq Gilə Əliqızının yeni kitabını iştirakçılara təqdim etdi və şairənin şeirlərindən bir neçəsini səsləndirdi.Zülfiyyə Eldarqızı qeyd etdi ki,Gilə Əliqızı " Azərbaycan Respublikası Təhsil mərkəzi və "Şərqin səsi qəzetinin sorğu və müsabiqəsinin nəticəsi olaraq "Abdulla Şaiq” mükafatı və "Qızıl Qələm” Media mükafatı laureatı adına layiq görülüb və bu Gilə Əliqızının beşinci kitabıdır. Sonra kitabın redaktoru və ön sözün müəllifi şair Nazim Əhmədli Gilə Əliqızının yaradıcılığı və yeni kitabı barədə danışdı. O qeyd etdi ki, Gilə Əliqızı laçın rayonunda anadan olub.Erkən gənc yaşlarından Qarabağ münaqişəsinin ağrılarını yaşayıb, doğma kəndindən, rayonundan köçkün olub. Bütün bu hadisələr və şəxsi taleyinin acıları Gilənin şeir yaradıcılığına həsrət, ağrı notlarını gətirib.Gilənin şeirləri də bəşəriyyətin ən ağrılı dərdi olan müharibələrin törəməsi olan, ayrılıqlardan, ağrılardan və dərdlərdən qidalanır.

Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, "Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli, şairə Xuraman Camalqızı, şairə Leyla Vəkilqızı, "Günəşin nuru” poeziya antalogiyasının layihə rəhbəri, gənc şairə Esmira Günəş, şairə Şəhla Vahid, Elza Məmmədova, gənc şairlər Natiq Babayev , Səbahəddin Çingizoğlu və başqa iştirakçılar Gilə Əliqızının yaradıcıığı haqqında ürək sözlərini dedilər. Saz ifaçısı Elvin Laçınlı görüş iştirakçıları üçün saz havaları ifa etdi. Qiraət ustası Lamiyə Eminli Gilə Əliqızının şeirlərindən nümunələr səsləndirdi.

Sonda Gilə Əliqızı görüş iştirakçılarına öz şeirlərini oxudu.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook