SON XƏBƏR

Saltuk Düzyol: Dünya Bankının TANAP-a ayıracağı kreditin ilk tranşı bu ilin noyabrından istifadə ediləcək

İyun 03
17:08 2016
Dünya Bankının Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə ayıracağı 1 milyard dollarlıq kreditin ilk tranşından bu ilin noyabrında istifadə ediləcək.
 
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, yaxın vaxtlarda Dünya Bankı və Avropa İnvestisiya Bankının (EIB) TANAP layihəsinin maliyyələşdirilməsində iştirakı mümkün olacaq. Dünya Bankı həmin kreditlə bağlı yekun qərarını iyulda verəcək. Bu dövrdə yaranacaq nağd vəsait tələbatı isə şəriklərimiz tərəfindən təmin ediləcək.
 
"İndiyədək TANAP layihəsinin maliyyələşdirilməsinə 25 faizədək vəsaitə qənaət edilib”, - deyə S.Düzyol əlavə edib.
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook