SON XƏBƏR

Salyan rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir

Fevral 08
12:16 2018
Fevral ayının 3-də Salyan rayon Heydər Əliyev Mərkəzində "Salyan rayon İcra hakimiyyətinin 2017-ci ilin sosial-iqtisad iinkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr”lə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
     
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
 
Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov geniş hesabat məruzəsi ilə çıxış etmişdir.
 
Sonra idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri məruzə ətrafında çıxışlar etmişlər.
 
Yığıncaqda Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri İbrahim Mustafayev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı çıxış edərək Salyan rayonunun inkişafı ilə bağlı sosial-iqtisadi sahələrdə yüksək uğurların əldə olunmasından, aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində rayonun simasının son illər dəyişərək yeni, müasir görkəm almasından, irihəcmli infrastruktur layihələrinin həyata keçiriliməsindən bəhs etmişlər.
     
Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair  qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook