Salyanda Dövlət Kukla Teatrı yeni mövsümə başlayıb
Sentyabr 19
10:44
2016
Salyan Dövlət Kukla Teatrı özünün 22-ci mövsümünə başlayıb.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, yaradıcı kollektiv yeni teatr mövsümündə balaca tamaşaçıların görüşünə Azərbaycan xalq nağılı əsasında hazırladıqları "Bostançı və Şah Abbas” tamaşası ilə gəlib.
Açılış mərasimində çıxış edən teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov teatrsevərləri salamlayaraq, yeni mövsümün başlanması münasibətilə onları və yaradıcı kollektivi təbrik edib.
Sonra "Bostançı və Şah Abbas” tamaşası teatrın aktyorları tərəfindən balaca tamaşaçılara təqdim olunub. Rejissor Rauf Avşarovun səhnələşdirdiyi tamaşa aktyorlar tərəfindən ustalıqla oynanılıb və balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qlobal.az