SON XƏBƏR

Salyanda “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrasına həsr olunmuş respublika müşavirəsi keçirilib

Sentyabr 04
11:37 2018
Salyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda "Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilmiş tapşırıqların icrasına həsr olunmuş respublika müşavirəsi keçirilmişdir

15 avqust 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilmişdir. 22 rayonu əhatə edən müşavirədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, kənd təsərrüfatı idarələrinin, aiddiyyəti xidməti təşkilatların rəhbərləri və nümayəndələri, fermerlər iştirak etmişdir. 
     
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov müşavirədə çıxış edərək, respublikamızda pambıqçılığın inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırmış, möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrdən, rayonda pambıqçılığın inkişaf etdirilməsi sahəsində qarşıda duran məsələlərdən danışmışdır. 
       
Müşavirədə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilərin yüksəldiyini və respublikada bu sahənin inkişafı prosesində əhəmiyyətli uğurların əldə edildiyini xüsusi olaraq vurğulamışdır. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən nazir pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını bildirmişdir.
       
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov "Pambığın intensiv texnologiyalar əsasında becərilməsi”, Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov "Cari ildə pambıq əkininin vəziyyəti”, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Seymur Mövlayev "Pambıqçılıqda texnika, gübrə və pestisidlərlə bağlı mövcud vəziyyət”, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov "Pambıq əkinlərində səmərəli bitki mühafizə tədbirlərinin təşkili” mövzularında çıxışlar etmişlər.
     
Tədbir zamanı fermerlərin sualları cavablandırılmış, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.
     
Müşavirədən sonra iştirakçılar rayonun Kürqaraqaşlı kəndində yerləşən Salyan Dövlət Sort Sınaq Məntəqəsinə məxsus sahədə pambıq əkininə baxış keçirmişlər.
 
Qlobal.Az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook