SON XƏBƏR

Şamil Sadiq: "BŞTİ mənim olimpada layihəmi oğurlayıb"

May 17
17:43 2023
Bakı Şəhər Təhsil İdarəsinin elan etdiyi "Ortaq Türk Dünyası Məktəbliləri arası Tarxi Olimpiadası” oğurluq layihədir. 

Qaynarinfo.az xəbər verir ki, bu barədə "Hədəf” Şirkətlər Qrupunun təsisçisi Şamil Sadiq bildirib. Onun sözlərinə görə, layihənin müəllifi özüdür.

"Mənin layihəminin adı TİO - Türk İnteqrasiya Olimpiadası adlanır” deyən Şamil Sadiq əlavə edib ki, olimpiadanın keçirilməsinə dəstək verilməsinə görə iki dəfə elm və təhsil naziri Emin Əmrullayevə məktub yazıb. 

"Layihəni məhz Ümumilli Liderin 100 illik yubileyinə həsr etmişdik və olimpiadanı Şuşada keçirməyi planlaşıdırırdıq. Azərbaycandan və türk Dünyasından 19 nəfərlə danışıb, məktublaşıb, Fəxri Məsləhət Şurasını da müəyyənləşdirmişdik. Təəssüflə qeyd edim ki, Bakı Şəhər Təhsil İdarəsi boyundan hündürə tullanaraq Beynəlxalq Olimpiada keçirir. Sizcə də çox gülməli deyil? Adından da göründüyü kimi işi, vəzifə səlahiyyətləri Bakı şəhərinin təhsili ilə məşğul olmaqdır. Görünən odur ki, Bakı Şəhər Təhsilinin problemləri bitib, keçib nazirliyin əvəzindən beynəlxalq olimpiadalar keçirməyə”, deyə "Hədəf”in qurucusu bildirib.  

Şamil Sadiq layihəni oğurlayanları bu faktı etiraf etməyə çağırıb: "Layihənin oğurlanması ideyasını verənlər, oğurlayanlar, mənimsəyənlər, diqqətli olun, etirafınızı edin. Bilirəm üzbəüz gələndə, ya üstünüz vəzifədən gedəndə, ya da özünüz kreslodan salınanda üzr istəyib kiminsə boynuna atacaqsınız, biz kimik ki, belə dedilər, etdik, deyəcəksiniz. Amma hələ ki, gec deyil. 

Layihəni ilk dəfə elə Əkbər Qoşalı ilə danışıb, Türk Akademiyasına təqdim etmişik. Türk Akademiyasında çalışan Füzuli müəllimlə dəfələrlə danışmışıq, amma nazirlikdən məktuba cavab gözləyə-gözləyə bu günə gəlib çıxmışıq. Axı mən bunu sponsorların və öz gücümüzlə etmək istəyirdim, indi siz dövlət büdcəsindən milyonlar siləcəksiniz, heyif deyil, büdcəmizə?!

Layihə barədə nazirliyin bu sahədə çalışan və şəxsi münasibətim olan çox adamı bilir, hamısına da göndərmişəm. Ən son deyilən o olub ki, nazir bəyənib və sizinlə görüşəcək. Bu fevral ayında olmalı idi. Ümid edirəm ki, həmin şəxslər, Emin müəllimə hadisəni bir də xatırladar. 

Hələ də geri dönüş gözləyirəm, ümid edirəm ki, gec deyil!”
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook