Samir Abasov: “Qarabağ”a qarşı oynamağa hazır olmadığımızı göstərdik"
Noyabr 18
00:34
2017
"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Qarabağ”a 0:2 hesabı ilə məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında iştirak edib.
"Report" xəbər verir ki, o, rəqibin azlıqda qalmasına baxmayaraq, layiqli qələbə qazandığını bildirib.
"Yəqin nəyisə səhv etdik ki, uduzduq. Ümumiyyətlə, bu gün "Qarabağ” kimi komandaya qarşı oynamağa hazır olmadığımızı göstərdik. Bacardığımız bu idi. Rəqib bütün oyuna nəzarət etdi. Meydana uduzmaq üçün çıxmamışdıq. Mübarizə apardıq. Bəlkə də futbolçular "Qarabağ”ın adından çəkindi. Bəlkə də rəqib 10 nəfərlə qaldıqdan sonra fərqli oyun sərgiləməli idik. Bu gün "Qarabağ” digər klubları aşkar üstələyir. Turnir cədvəlində onlardan çox da geri deyilik. Lakin oyunda onlardan aşkar geri qaldığımız meydanda göründü", - S.Abbasov deyib.