SON XƏBƏR

Samir Şərifov Qarabağa xərclənən vəsaitin tam məbləğini açıqladı

Noyabr 13
12:06 2023
"Azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib"

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir:
 
"3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, cari ilin sonuna bu vəsaitin 12 milyard manata çatması gözlənilir. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook