Samux istixanalarında becərilən məhsullar Rusiya və Belarus bazarlarına ixrac olunur
İyun 05
06:59
2017
Samuxdakı istixanalarda becərilən faraş tərəvəzin Rusiya və Belarus bazarlarına maneəsiz çıxışı, həmçinin həmin məhsulların keyfiyyətinin xaricdə yüksək qiymətləndirilməsi kənd təsərrüfatı məhsullarının istehsalçıları və fermerlər arasında istixana təsərrüfatına marağı xeyli artırıb.
Samux Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ildə rayon üzrə 61,3 hektar ərazidə yeni istixanalar qurulub. Bu isə ötən illə müqayisədə 8,3 hektar çoxdur.
Qeyd edilib ki, rayondakı istixanaların sayının durmadan artması burada becərilən məhsulların ölkə daxilində və xaricdə bazarının mövcudluğu, həmçinin bu cür istehsalın ailə-kəndli təsərrüfatları üçün daha gəlirli olması ilə əlaqədardır.