SON XƏBƏR

Samux təhsilini necə qarışdırırlar... - İLGİNC İDDİALAR...

Oktyabr 09
09:44 2023
Gəncə şəhər 1 sayli məktəbin direktoru Dubaya getdiyi üçün işdən azad edildi, lakin Samux rayonu o böyüklükdəTəhsil Sektorunun müdiri Nurlana Həsənova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini aldadaraq Samux rayon metodkabinetin işçisi Ismayılova Məsumə Arzuman qızı xaricdə ola – ola onun adina May ayında ərizə yazılaraq Samux rayon Təhsil Sektorunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə köçürülüb. Nurlana Həsənova isə ona May, Iyun ve s. 2023cu il tarixlərində iş tabeli verərək əməkhaqqı yazıbdır.Və bu işin üstü açılanda isə onun adına yenidən saxta ərizə yazılaraq işdən azad ediblər.

Burdan belə bir sual qaynaqlanır görəsən Məsumə xaricde ola-ola necə ərizə yazıb həm də əməkhaqqı alıb?

Bundan başqa Əhmədbəyli məktəbində 2021-ci il tarixədə azyaşlı şagird Bayramova Jalə necə ailə quraraq Şəmkir rayonuna köçüb?

Buna baxmayaraq sektor müdiri həmin şagirdə qiyməy yazdırraq ona Şəhadətnamə verdirib.Ən maraqlısı isə odur ki, şagird şəhadətnamə alan ay həm də övlad dünyaya gətirib.

Bu boyda həngamədən sonra belə qənatə gəlirsən ki, görəsən bu əjdaha sektor müdirinin arxasında kim durur ki, bu cür qanunsuzluqlara imza atır.

Hətta rayonda deyirlər ki, ona rayonun icra başçısı Alı Qocayevin də gücü çatmır Samux rayon məktəblərinin təhsil səviyyəsinin aşağı düşməsində Alı Qocayev ilk bilik günündə şagird və valideyinlərin qarşısında çıxış edərəkən Sektor müdirəsi Nurlana Həsənovun yatrıtmaz fəaliyyətini də tənqid etmişdir.Cənab başçı həm də ictimaiyyət qarşısnda çıxışı zamanı bildirmişdir ki, onu bu təhsil sektorundan uzaqlaşdıracaqdır.Amma nə olsun Alı müəllimin də ona gücü çatmadı.
 


Nurlana Həsənova bəzi məktəblərdən başqa (Cobanabdalli, Istixana, Ehmedbeyli, Weher 3, Weher 1, Qarayeri 1 sayli mekteblerinden bawqa ) digər məktəblərin direktorlarını özü təyin etdirib.Ən əsas da işləyən məktəb direktorları xanım sektor müdirəsi tərəfindən tənqid olunmaqla yanaşı həm də onları töhmət verəcəyi ilə hədələyir.

Bu Nurlana Həsənovanın birinci əməli deyil. Indidə işçilərin işə götürülməyini ona tapşırıblar deyə kimi istəyir işə goturur, kimi istəyir götürmür. Şəhid ailəsi neçə il gozlemededir ki, onu işə qəbul etsinlər.Faktlara əsaslansaq Tagiyev Elgün Fikrət oglu şəhid övladı 2 ildən artıqdır ki,işsizdir.

Beləki,Nurlana Həsənovanın kimdən xoşu gəlmirsə dərhal onu işdən azad edir yerinə də yenisin qoyur.Bu hal samux təhsilində dəfələrlə baş versədə əksəriyyəti məhkəmələr vasitəsi ilə öz işinə qayıda bilib.

Amma nə olsun ki, Samux Təhsilində nə qədər ki, "Dərə xəlvət , tülkü bəydir”sə bu təhsil ocağıda o batlıqdan çıxa bilməyəcək.

Səsləndirlən iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc edə bilərik.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook