SON XƏBƏR

"Sanksiyalara baxmayaraq, İranla iqtisadi münasibətlərimizə son qoymayacağıq" - Ərdoğan

Yanvar 25
00:56 2024
"Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqələrimizə son qoymadıq, bundan sonra da son qoymayacağıq”.

"Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

Eyni zamanda, Türkiyənin dövlət başçısı qeyd edib ki, Ankara birtərəfli sanksiyaları qəbuledilməz hesab edir: "Tarix boyu sivilizasiyaların beşiyi olmuş ölkələrimiz arasında köklü əlaqələr mövcuddur. Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün ciddi potensial görürük. Biz cənab Rəisi ilə əməkdaşlığımızın inkişafını bir daha təsdiqlədik. Türkiyə olaraq prinsipial mövqeyimizi qoruyuruq”.

"İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”, – Ərdoğan vurğulayıb.

Türkiyə lideri həmçinin İranın Kirman ostanındakı silahlı insidentlə əlaqədar İran tərəfinə başsağlığı verib.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook