Sankt-Peterburqa PUA hücumu olub
Mart 02
09:49
2024
Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.
"Report” xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb.