SON XƏBƏR

Sankt-Peterburqda 13 milyard dəyəri olan kokain yükü ələ keçirildi

Yanvar 24
12:17 2024
Sankt-Peterburq limanında 13 milyard rubl (təxminən 250 milyon manat) dəyərində kokain yükü ələ keçirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, FTX əməkdaşlarının köməkliyi ilə Şimal paytaxtının Böyük Limanında 1,2 ton narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb.

Mətbuat xidməti bildirir ki, gömrükçülər konteyneri Belçikadan skan edərək qəribə əlavələr görüblər. İçərisində ağ toz olan briketlər qəhvə paketlərinin arasına səpələnib. Ekspertiza onun kokain olduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi açılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook